İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hizbullah”ın hücumu onu göstərir ki… - SENSASİON ŞƏRH

Xəbər verdiyimiz kimi, ötən gecə Livanda fəaliyyət göstərən "Hizbullah" qruplaşması İsrailin mərkəzi şəhəri Təl-Əvivin ətraf bölgələrinə raket zərbələri endirib.

Bəs bu hücumun təsirləri və mümkün nəticələri nə ola bilər?

"İsrail “Hizbullah”ın rəhbəri heyətini və komandirlərinin çoxunu öldürsə də, qruplaşma müqavimətini davam etdirir".

Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq qeyd edib ki, İsrail ordusu “Hizbullah”ın tunellərdə gizlətdiyi raket komplekslərinin bir hissəsini dağıtsa da problem tam həll olunmayıb:

“Hizbullah”ın gizli tunelləridən atəş etdiyi raketlər hələ kifayət qədərdir. Qruplaşma İsrailin paytaxtını və müxtəlif şəhərlərini hədəf ala bilirsə, deməli resrusları tam tükənməyib. Bu müharibəni daha da şiddtələndirəcək. İsrailin Livanın ərazisini daha intensiv şəkildə atəşə tutacağını proqnozlaşdırmaq olar. Bu isə şəhər və qəsəbələrin dağılması və yeni itkilər demək olacaq".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR