İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistanlı fermer timsahın ağzından bir hərəkəti ilə qurtulub

Hindistanda timsah çayda hinduların ritual çimmək üçün istifadə etdikləri xüsusi dambada çimən adama hücum edib.

Musavat.com xəbər verir ki, bu barədə “New Indian Express” qəzeti yazıb.

Hadisə ötən həftə Odişanın Lunimatiya kənd sakini 30 yaşlı Dipu Ahatinin başına gəlib. Ahati Qobari çayında çiməndə təxminən iki metr uzunluğunda timsah qəfildən onun yaxınlıqında peyda olub. Yırtıcı kişinin ayaqlarından tutsa da, o özünü itirməyib və müqavimət göstərib. Ahatinin dediyinə görə, o, barmaqlarını sürünənin gözlərinə soxub, ondan sonra timsahın çənəsi boşalıb və hindli suda çıxa bilib.

Hazırda zərərçəkmiş yerli tibb mərkəzində müalicə olunur. Timsahla döyüşdən sağ çıxmağı bacaran Dipu dərhal məşhurlaşıb və təcrübədini jurnalistlərlə bölüşməyə başlayıb.

Bildirilir ki, son 14 ayda Bhitarkanika milli parkı ərazisində 10 nəfər timsahlarla qarşılaşmadan sağ çıxa bilməyib. Yerli əhalinin fikrincə, timsahlar təkcə çaylarda deyil, həm də digər su hövzələrində yaşayırlar. Bu səbəbdən də sahil kəndlərinin sakinləri daim diqqətli olmalıdırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR