Onlayn ictimai-siyasi qəzet
Hindistanın baş naziri Narendra Modi avqustda Kiyevə səfər edəcək və bu, onun 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ölkəyə ilk səfəri olacaq.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı WION nəşri yayıb.
Qəzet Dehlidəki diplomatik mənbələrə istinadən xəbər verir ki, hələ hazırlıq mərhələsində olan səfərin avqustun üçüncü həftəsində, çox güman ki, avqustun 23-də baş tutacağı gözlənilir.
Qeyd edək ki, bu ilin əvvəlində Ukrayna prezidenti Volodimir Zelenski baş nazir Modi ilə telefon danışığı aparıb və Hindistan liderini ölkəsinə səfərə dəvət edib.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ