İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistanda torpaq sürüşməsi: 24 ölü, 70 yaralı

Hindistanın cənubundakı Kerala əyalətində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 24-ə çatıb, 70-ə yaxın insan yaralanıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu jurnalistlərə ştatın səhiyyə naziri Veena Corc deyib.

Bundan əvvəl 19 nəfərin öldüyü bildirilirdi.

“Biz insanları xilas etmək üçün əlimizdən gələni edirik. Müxtəlif xəstəxanalarda 24 meyit qəbul etdik. Təxminən 70 nəfər yaralanıb və onlara lazımi tibbi yardım göstərilib”, - Corc deyib.

Onun sözlərinə görə, fəlakət baş verən ərazidə körpü dağılıb, bu da xilasedicilərin qəza yerinə daxil olmasını çətinləşdirir. Nazir qeyd edib ki, artıq orada milli polis və mülki müdafiə bölmələri işləyir və yaxın vaxtlarda dəniz qüvvələrinin bir qrupu da oraya gələcək.

Hindistanın cənubundakı Kerala əyalətinin şimal-şərqindəki Vayanad rayonundakı dağlıq ərazilərdə sürüşmə baş verib. Hesab olunur ki, yüzlərlə insan torpaq kütləsi və dağıntılar altında qala, ölən və yaralananların sayı arta bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR