Onlayn ictimai-siyasi qəzet
Hindistanda müsəlmanlara qarşı çirkin əməl törədilib.
Musavat.com xəbər verir ki, polis məmuru cümə namazı qılan insanları təpikləyib.
Məsciddə çox sıxlıq olduğu üçün camaat məsciddən kənarda namaz qılmaq istəyib. Bu zaman yol kənarında namaz qılan camaat polis tərəfindən təpiklə vurulub.
Görüntülər sosial mediada və ölkə daxilində etirazlara səbəb olduqdan sonra həmin polis vəzifəsindən uzaqlaşdırılıb.
Digər tərəfdən hadisədən sonra bölgədə təhlükəsizlik tədbirləri artırılıb.
Musavat.com
28 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ