İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistanda G20 sammiti: makakaları lanqurlarla qorxudacaqlar

G20 sammiti zamanı Dehlinin səlahiyyətliləri lanqurların karton fiqurları və onların qışqırığını təqlid edən mütəxəssislərin köməyi ilə makakaları qorxutmağı planlaşdırır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə şəhərin meşə təsərrüfatı işlərinə baxan idarədən məlumat yayılıb.

Xəbər verilir ki, makaka meyminları müntəzəm olaraq şəhər rəhbərliyinə problem yaradır. Onlar böyük qruplar halında turistlər arasında populyar olan obyektlərdə və ya insanların sıx olduğu yerlərdə məskunlaşır və bununla da nəqliyyatın hərəkətinə maneə yaradırlar. İnsanlardan yemək oğurlayan bu heyvanların aqressiv davranışı halları var. Bununla bağlı şəhər rəhbərliyi bir neçə ildir ki, problemin həlli yollarını axtarır.

istockphoto-629628952-612x612.jpg (36 KB)

Sammit müddətində şəhər rəhbərliyi meşə təsərrüfatı idarəsi ilə birlikdə Hindistanda makakaların qorxduğu meymun meymin cinsi olan lanqurların təsvirindən istifadə etmək qərarına gəlib. Şəhərlərin müxtəlif yerlərində bu heyvanların karton fiqurları, ilk növbədə, hava limanından sammit keçirilən məkana aparan və “South Ridge” meşə zonası boyunca uzanan yol boyunca yerləşdirilir. Meşə zonasında lanqurların qışqırıqlarını təqlid edəcək 40-a yaxın təlim keçmiş mütəxəssisin də çalışacağı gözlənilir.

350px-Trachypithecus_geei_(Assam,_2006).jpg (33 KB)

"Lanqur formalı karton kəsiklər pilot əsasda istifadə ediləcək, bunun bu ərazilərdəki makakaların sayına nə qədər təsir edəcəyini qiymətləndirməliyik", - Nyu-Dehlinin baş qərargah rəisinin müavini Satiş Upadyay bildirib. Onun sözlərinə görə, bu tədbirlərin əsas məqsədi makakaların meşə ərazilərində qalmasını və nümayəndə karvanlarına mane olmamasını təmin etməkdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR