İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistanda avtobusun dərəyə aşması nəticəsində 25 nəfər ölüb

Hindistanın Uttraxand ştatında avtobusun dərəyə aşması nəticəsində ən azı 25 nəfər ölüb.

AZƏRTAC Hindistan KİV-nə istinadla xəbər verir ki, toy mərasiminin iştirakçıları olan qonaqları aparan avtobus oktyabrın 4-də Pauri Qarhval rayonunda dağlıq ərazidəki yolda idarəetməni itirərək 500 metr dərinliyə aşıb. Hadisə yerinə gələn xilasedicilər axtarış işlərinin gedişində 25 nəfərin meyitini tapıb, 20 nəfər yaralı vəziyyətdə aşkarlanıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır.

Qəza vaxtı avtobusda uşaqlar da daxil olmaqla təxminən 45 nəfərin olduğu güman edilir. Hazırda axtarış işləri davam edir. Axtarış işlərinə polis və yerli sakinlər də cəlb olunub. Qəzanın səbəbləri araşdırılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR