Onlayn ictimai-siyasi qəzet
Hindistan və Nepalda şiddətli tufan, şimşək çaxması və leysan yağışları nəticəsində yüzə yaxın insan həlak olub.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ən pis vəziyyət Hindistanın şərqindəki Bihar ştatında yaranıb, yerli hakimiyyət orqanlarının məlumatına görə, fırtına nəticəsində azı 64 nəfər ölüb.
“Press Trust of India”nın xəbərinə görə, Biharda təkcə ildırım vurması nəticəsində 25 nəfər həlak olub.
Nalanda rayonunda 18 ölüm var, Sivanda daha iki nəfər ölüb, Katihar, Darbhanga, Begusaray, Bhagalpur və Cehanabadda hər birində bir ölüm hadisəsi təsdiqlənib.
Ölkənin ən sıx məskunlaşdığı Uttar Pradeş ştatında 20-dən çox adam ölüb. Nepaldan gələn ölümlər barədə də xəbərlər var, lakin hələlik dəqiq məlumat yoxdur.
Sinoptiklər xəbərdarlıq ediblər ki, ən azı aprelin 12-dək Hindistanın şərqində və mərkəzi hissəsində leysan, tufan və güclü küləyin davam edəcəyi ehtimalı var.
Musavat.com
13 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ