İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan Rusiyadan almaz idxalını kəskin azaltdı

May ayında Rusiyadan Hindistana brilyant idxalı illik müqayisədə 13 faiz azalaraq 352 min karat təşkil edib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu həcm 43 milyon dollar olaraq qiymətləndirilib ki, bu da illik müqayisədə 51 faiz azdır.

2024-cü ilin aprel ayında Hindistan 440 min karat Rusiya almazı idxal edib ki, bu da bir il əvvəlki göstəricidən 57 faiz azdır.

Bundan əvvəl dinamika fərqli idi: martda idxal 2,3 dəfə (728 min karat), fevralda illik müqayisədə 85 faiz (1,81 milyon karat), yanvarda isə 14 faiz (400 min karat) çox idi.

2024-cü il martın 1-dən G7 ölkələrinin Rusiya qiymətli daşlarına qarşı sanksiyalarının ikinci mərhələsi qüvvəyə minib. Yanvarın 1-də birbaşa Rusiyadan kobud və cilalanmış almazların idxalına birbaşa qadağa tətbiq edildikdən sonra, martın 1-dən üçüncü ölkələrdə rus almazlarından kəsilmiş 1 karatlıq almazlara da şamil edilib. Bu, qlobal pərakəndə almaz bazarının 70 faizini təşkil edən G7 ölkələrinin sanksiyalar paketinin ən həssas tədbiridir. Dünyadakı ən böyük almaz cilalayıcı baza Hindistandadır. Dünyada bütün cilalanmış almazların onda doqquzu bu ölkədə istehsal olunur. Əsas xammal bazası isə Rusiyadır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR