İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan Rusiya neftini emal edir, daha sonra ABŞ və Avropaya satır

ABŞ və Aİ Rusiya neftinə qarşı sanksiyalar tətbiq etdikdən sonra Hindistan onu endirimlə alır, yerli neftayırma zavodları isə xam məhsulu yanacağa çevirir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar ayında Hindistan Birləşmiş Ştatlara gündə təxminən 89 min barel dizel yanacağı tədarük edib. Bu son dörd ildə ən böyük göstərici sayılır.

“Bloomberg” agentliyinin xəbərinə görə, Hindistan Avropa ölkələrinə gündə 172 min barel dizel tədarük edib ki, bu da 2021-ci ilin oktyabrından bəri rekord hədd deməkdir.

Yəni Hindistanın sayəsində Aİ və ABŞ sanksiyalara “əməl edir” və eyni zamanda xarici ölkədə emal olunduğu üçün “Rusiyadan gəldiyi” hesab edilməyən nefti almış olur.

Qlobal Enerji Siyasəti Mərkəzinin direktoru Ceyson Bordoffun sözlərinə görə, bu yolla ABŞ və AB Rusiyanı Hindistana getdikcə daha çox neft satmağa vadar edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR