İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan hökuməti Rusiyadan neft idxalının artmasına çalışır

Hindistan hökuməti Rusiya neftinin idxalını artırmağa dəstək verəcək.

Musavat.com xəbər verir ki, bu açıqlama ilə Hindistanın Rusiyadakı i Vinay Kumar “İzvestiya”ya müsahibəsində çıxış edib.

Diplomatın sözlərinə görə, bu məsələ əsasən bazar konyunkturuna, qiymətlərə və logistikaya aiddir və birgə iş yükdaşımaları, yeni dəniz dəhlizləri haqqında saziş bağlamaq yolu ilə Rusiya neftinin alınması sxemini asanlaşdırmaqdan ibarətdir: "Belə ki, Hindistan idxalçıları və Rusiya ixracatçıları ticarət dövriyyəsinin nəzərdə tutulan səviyyəyə yüksəlməsində çox vacib olan ticarəti davam etdirməyi kommersiya baxımından məqsədəuyğun hesab edirlər. Beləliklə, biz Rusiya neftinin Hindistan bazarına idxalını daha da asanlaşdırmağa davam edəcəyik".
O, həmçinin bildirib ki, bəzi Hindistan şirkətləri Rusiya tərəfi ilə neft idxalı üçün uzunmüddətli müqavilələr bağlayıb: "Beləliklə, niyyətlər var, bazar şəraiti və logistika böyük həcmdə satışı asanlaşdırır".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 May 2025

BÜTÜN XƏBƏRLƏR