İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan da Rusiyadan üz çevirdi: Tankerləri limanlarına buraxmayacaq

Hindistan Rusiya neftini daşıyan və ABŞ-ın sanksiyalar tətbiq etdiyi tankerləri öz limanlarına qəbul etməyəcək.

Musavat.com xəbər verir ki, məlumatı Bloomberg Hindistanın yüksək rütbəli rəsmisinə istinadən yayıb.

Hindistan rəsmisinin sözlərinə görə, sanksiya siyahısında olan tankerlərin limanlarda boşaldılmasına icazə verilməyəcək. Bu, martın 12-dən əvvəl boşaldılması şərtilə, 10 yanvara qədər icarəyə götürülmüş gəmilərə şamil edilmir. Beləliklə, sanksiyaların təsiri bir neçə ay ərzində hiss oluna bilər.

Qeyd olunur ki, Hindistan bankları xammalın sanksiyaya məruz qalan tədarükçülərdən gəlməməsini təmin etmək üçün sertifikatlar tələb edəcək. Eyni zamanda Hindistan neft emalı müəssisələri Rusiya neftinə olan endirimi itirmək riski ilə üzləşirlər.

Yüksək səviyyəli Hindistan rəsmisi bildirib ki, ruslar tezliklə xammallarını hindistanlı alıcıya çatdırmağın yollarını tapacaqlar.

Yeni Dehlinin özü üçün də məhdudiyyətlər böyük problem olmayacaq. Məsələ burasındadır ki, OPEK ölkələrinin sərbəst buraxılış gücü sutkada 3 milyon bareldir. Bundan əlavə, təşkilatın bir hissəsi olmayan təchizatçılar tələb olunan barelləri asanlıqla əlavə edə bilərlər.

Rəsmi əlavə edib ki, Hindistan neft emalı zavodları artıq Yaxın Şərqdən olan tədarükçülərlə yeni müqavilələr üzrə fəal danışıqlar aparır.

Xatırladaq ki, ötən həftə Çinin ən böyük liman operatorları da Rusiya neftini daşıyan sanksiyalı tankerlərin qəbulunu dayandırıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR