İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hindistan Cənubi Qafqaza Ermənistanın müttəfiqi kimi daxil olur”

“Hindistanın həm Ermənistan, həm də Azərbaycanla yaxşı münasibətləri var. İki ölkə arasında Qarabağla bağlı ciddi fikir ayrılıqları mövcuddur. 2020-ci ildə baş verən müharibədən sonra Ermənistan Azərbaycandan qorxduğu üçün Hindistandan dəstək almaq qərarına gəlib”.

Bu sözləri AzVision.az -a fəlsəfə elmləri doktoru, Mahatma Qandi adına Mərkəzi Universitetin (Hindistan) dosenti Aslam Xan deyib. O bildirib ki, 2020-ci ildə Hindistan və Ermənistan arasında 40 milyon ABŞ dolları dəyərində radar sazişi, ardınca 2022-ci ilin oktyabrında raket və sursatların tədarükünə dair razılaşma imzalanıb.

Ekspretin fikrincə, Hindistanın bu mövqeyi Türkiyə və Pakistanın ambisiyalarına qarşı qıymətləndirilir. Azərbaycan, Pakistan və Türkiyə silahlı qüvvələrinin Bakıda keçirilən “Üç Qardaş-2021” təlimləri Cənubi Qafqazdakı regional və qlobal oyunçuların diqqətini cəlb edib.

“Hindistan bölgəyə Ermənistanın müttəfiqi kimi daxil olub, çünki Türkiyə Hindistan konstitusiyasının Cammu və Kəşmir əyalətlərinə xüsusi status verən 370-ci maddəsinin ləğvinə tənqidi yanaşıb. Bakı və Ankara müxtəlif beynəlxalq forumlarda, o cümlədən BMT-də Pakistanı dəstəkləyiblər. Ermənistan isə Kəşmirlə bağlı Hindistanın mövqeyini dəstəkləyir. Bu səbəbdən Hindistan da Ermənistanın maraqlarına adekvat cavab verir”, - hindistanlı politoloq bildirib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR