İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan ATAGS-ları Ermənistana göndərir

Hindistan Ermənistana 155 mm-lik ATAGS artilleriya sisteminin ilk partiyasını göndərib.

Bununla bağlı Ermənistanın “SisMasis” Teleqram kanalı məlumat yayıb.

Məlumatda ilk partiyada 6 ədəd ATAGS-ın İrəvana çatdırıldığını qeyd olunub.

Qarşıdakı üç ildə daha 84 ATAGS sistemi Ermənistana veriləcək.

Ümumilikdə sifarişin dəyəri 155,5 milyon dollardır.

Qeyd edək ki, ATAGS-lar 152-155 millimetrlik haubitsalardır.

Bu haubitsaların atış məsafəsi 50 kilometrdir. Bəzi əlavə mərmilərlə bu məsafə altmış kilometrədək artırıla bilər. Atış gücü vəziyyətdən asılı olaraq dəqiqədə 4-6 dəfədir.//Axar.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR