İnsanlara hürriyət, millətlərə istiqlal!

Hikmət Hacıyev: "Müharibədən sonra 200-dək vətəndaşımız minaların qurbanı olub" 

Aprelin 1-də Humanitar minatəmizləmə fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda beynəlxalq konfransa start verilib.

Musavat.com bildirir ki, konfransda Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edərək, bildirib:

"Beynəlxalq Mina Xəbərdarlığı Günü ərəfəsində biz ən önəmli qlobal məsələləri müzakirə edirik. Minalar, müharibə zamanı partlamamış qalıqlar münaqişələr bitdikdən 10 illər sonra sülhə və əmin amanlığa böyük əngəllər törədir. Münaqişədən sonra da minaların təmizlənməsi ən önəmli proses olaraq qalır. Minalar və partlamamış sursatlarla çirklənmə baxımından Azərbaycan təəssüf ki, dünyadan yüksək yerləri tutur.
Hazırda işğaldan azad olunan ərazilərdə minalar qalmaqdadır və onların təmizlənməsi prosesi davam etdirilir. Minalar qalsa da, Azərbaycan hökuməti bunun əksini edəcək, orada ağaclar əkəcək".

Hikmət Hacıyev qeyd edib ki, minalardan təmizlənmə ilə bağlı 4 əsas istiqamət mövcuddur:

"İlk olaraq məqsəd həyat itkisinin qarşısını almaqdır. Azərbaycan yalnız humanitar minatəmizləmə fəaliyyəti ilə məşğul olur. Əsas məqsədimiz bu bölgələrə əhalinin qaytarılmasını təmin etməkdir".

Hikmət Hacıyev konfrans iştirakçılarının nəzərinə çatdıraraq bildirib ki, müharibədən sonra 200-ədək Azərbaycan vətəndaşı minanın qurbanı olub:

"Biz Ermənistandan minalanmış ərazilərin xəritəsini almışıq. Ancaq onların dəqiqliyi 25 faizdir. Əlbəttə ki, bu işin sürəti minalardan təmizləməsi prosesinin gedişindən asılıdır. Azərbaycan hökuməti bu istiqamətdə öz səylərini əsirgəmir. Hökumətimiz inteqrasiynın yaxşılaşdırılması üçün əlindən gələnir edir.

Kənd təsərrüfatı, şəhərlərin inkişafı, ətraf mühitin qorunması, səhiyyə və təhsil sahələrində, minalardan təmizlənməsi sahəsində inteqrasiya olduqca vacibdir. Çünki sülhə və inkişafa töhfə verən əsas məsələ minaların təmizlənməsi prosesidir".

Prezidentin köməkçisi əlavə edib ki, son rəqəmlər göstərir ki, minaların təmizlənməsi ilə bağlı Azərbaycana ayrılan vəsaitlər azalır:

"Azərbaycanda minalardan təmizlənmə ilə bağlı əməkdaşlıq təcrübəsi mübadiləsi nəzərdə tutulur. Azərbaycan unikal bir model təqdim edir. Məqsədimiz minalardan təmizlənmiş Azərbaycanı təqdim etməkdir. Hökumətimiz əməkdaşlığın bütün faydalı formalarına açıqdır. Bu sahədə Qlobal Transfondun yaradılmasını təklif edirik. Bu təklifinin irəli sürülməsi iş birliyi üçün çox gözəl imkandır. Burada kollektiv fəaliyyət tələb olunur ki, minalardan təmizlənməsi ilə bağlı pozitiv nəticələr əldə edək. Bu həm də müştərək görüşümüzü konkret tələbələrə çevirmək üçün vacibdir".

Xalidə Gəray,
Elçin Əkbərov,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR