İnsanlara hürriyət, millətlərə istiqlal!

Hikmət Hacıyev Gürcüstanda səsləndirilən “Azərbaycan” mahnısı ilə bağlı paylaşım edib - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri zamanı gürcü musiqiçiləri məşhur "Azərbaycan" mahnısını səsləndirib.

"Report" xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviter hesabında paylaşım edib.

“Gürcü musiqiçilərinin ifasında məşhur “Azərbaycan” mahnısı. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan və Gürcüstan arasında “dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətlərinin” səmimi illüstrasiyası”, - paylaşımda deyilir. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR