İnsanlara hürriyət, millətlərə istiqlal!

Heydər Əliyev Beynəlxalq Aeroportu ştat rejimdə fəaliyyətini davam etdirir

Azərbaycanda müşahidə olunan intensiv yağıntılar və güclü küləyə baxmayaraq, Heydər Əliyev Beynəlxalq Aeroportu fəaliyyətini ştat rejimdə davam etdirir.

Musavat.com bu barədə hava limanına istinadən xəbər verir.

Uçuş-enmə zolaqları, aerodrom kompleksi və terminal binaları tam istismar vəziyyətindədir və reyslərin təhlükəsiz qəbulu və yola salınması üçün texniki cəhətdən tam hazırdır.

Hazırda hava limanı ərazisində şimal və şimal-qərb istiqamətində küləyin sürəti 40–50 m/s qədər güclənmişdir. Bütün aviasiya təhlükəsizliyi tələblərinə ciddi əməl olunur və aidiyyəti xidmətlər gücləndirilmiş iş rejimində çalışır. Aviaşirkətlər və meteoroloji qurumlarla fasiləsiz koordinasiya təmin olunur, hava şəraitindəki dəyişikliklərə operativ reaksiya verilir.

Məlumata əsasən, sərnişinlərə hava limanına səfəri əvvəlcədən planlaşdırmaq və yolda mümkün ləngimələri nəzərə almaq, nəqliyyatın daha rahat təşkili üçün “28 May” metro stansiyasından Aeroporta hərəkət edən “Aeroexpress” avtobuslarından istifadə etmək, hər hansı sual və ya ehtiyac yaranarsa, hava limanının və ya aviaşirkətlərin əməkdaşlarına müraciət etmək tpvsiyə olunur.

Heydər Əliyev Beynəlxalq Aeroportu bütün sərnişinlərə rahat və təhlükəsiz səyahət arzulayır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR