İnsanlara hürriyət, millətlərə istiqlal!

Herş: "Ciddə konfransı Rusiyanın kapitulyasiyasına hazırlıq kimi planlaşdırılırdı"

Amerikalı məşhur jurnalist Seymur Herş Substack platformasında ABŞ-ın adı çəkilməyən kəşfiyyat rəsmisinə istinadla yazır ki, avqustun əvvəlində Səudiyyə Ərəbistanında keçirilən sülh konfransı ABŞ tərəfindən Rusiya lideri Vladimir Putinin “təslim olmasına” hazırlıq kimi planlaşdırılıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, sensasion yazıları ilə tanınan jurnalist dərc etdirdiyi məqalədə yazıb: "Ciddə Sallivanın (Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan) ideyası idi. O, bunun Versal sülh müqaviləsinin bərabəri olacağını planlaşdırırdı. Azad dünyanın böyük ittifaqı mənfur düşmənin rüsvayçı məğlubiyyətindən sonra qələbə bayramını qeyd etmək üçün toplanacaqdı".

Materialda göstərilir ki, görüşün nəticəsi Ukraynanın yaza planlaşdırılan növbəti hücumundan sonra Rusiya Federasiyasının “kapitulyasiyası” olmalı idi. Hətta Ceyk Sallivan Rusiya rəhbərliyi üzərində keçirilən “Nürnberq məhkəmələri”ndə ABŞ-ın nümayəndəsi olacaqdı. 

Qeyd edək ki, həmişə öz ölkəsinin ali rəhbərlərinə dair ifşaedici məqalələrlə çıxış edən Seymur Herş son illərdə Rusiyameylli yazılar yazır, açıqlamalar verir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR