Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Dənizli vilayətində hərəkətdə olan avtomobilin üstünə çıxan gənclərin görüntüləri sosial mediada gündəm olub.
Musavat.com xəbər verir ki, polis sözügedən görüntülərlə bağlı hərəkətə keçib.
Hadisə ilə bağlı 4 nəfər barəsində məhkəmə və inzibati cəzalar verilib.
Məhkəmə nəqliyyat vasitəsinin sürücüsü də daxil olmaqla 4 nəfəri 'hərəkət təhlükəsizliyini təhlükəyə atma' cinayətindən cəzalandırıb, həmçinin 7 min 260 lirə inzibati pul cəzası kəsib. Həmin şəxslər məhkəmə nəzarəti şərti azadlığa buraxılıblar.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ