İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərbi komissarların evlərini partladacaqlar - ŞOK İDDİA

"Zakarpatiya kənd sovetində qumbaraatanların partlaması Ukraynada vətəndaş müharibələrinin tezliklə başlayacağından xəbər verir".

Bunu eks-prezident Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin öz "YouTube" kanalında deyib.

Onun fikrincə, Transkarpatiyadakı kimi hallar daha çox olacaq.

"Qarşıdurma olacaq, artıq başlayır. Hərbi komissarların mənzillərini, evlərini partladacaqlar", - Soskin bildirib.

Ekspert hesab edir ki, cəbhədə uğursuzluqlar və geri qayıdan veteranların psixoloji travması cəmiyyətdə silahlı qarşıdurmalara, həmçinin Ukraynanın Polşa və Macarıstanla sərhədlərində münaqişələr də silahdan istifadəyə səbəb ola bilər.

Bundan əlavə, ekspert Ukrayna hakimiyyətinin 2024-cü ildə ölkənin tam məhvinə səbəb ola biləcək kadr siyasətini pisləyib.  (Teleqraf.com)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR