İnsanlara hürriyət, millətlərə istiqlal!

Hər kəs 28 yaşlı bu azərbaycanlıdan danışır - FOTO

İyulun 29-dan etibarən Bakıda Şahmat üzrə Dünya Kuboku keçirilir.  

Musavat.com xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasov turnirin yarımfinalına yüksəlməklə ictimaiyyətin diqqətini cəlb edib.  O, gənc qrossmeyster 1/4 final mərhələsinin cavab oyununda Hindistan təmsilçisi Vidit Santoşu məğlub edib. Qalib gələcəyi təqdirdə 28 yaşlı Nicat Abasovun rəqibi dünya reytinqinin lideri norveçli  Maqnus Karlsen olacaq.

Qeyd edək ki, Dünya Kubokunda yarımfinal oyunları avqustun 19-da başlayacaq. Ümumilikdə turnir avqustun 26-dək davam edəcək.

Xatırladaq ki, bu, Azərbaycanda keçiriləcək ikinci Dünya Kuboku olacaq. Şahmat tacı uğrunda Bakıda ilk mübarizə 2015-ci ildə keçirilib. 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR