İnsanlara hürriyət, millətlərə istiqlal!

"Həmin gün ağladım, gücüm çatmadı" - Ukrayna ordusunun baş komandanı

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı etiraf edib ki, o, Rusiyanın genişmiqyaslı işğalı başlayandan sonra ağlayıb.

Qaynarinfo bu barədə Unian-a istinadən xəbər verir.

"Baş komandan olduğum üçün heç bir zəifliyi etiraf etmək istəmirəm. Amma yenə də deyirəm: Mən kişiyəm, həm də adi bir insanam. Bir dəfə ana oğlunu axtaranda ağlamışdım. O, helikopter pilotu idi və Mariupola uçmuşdu", deyə "Dəmir" ləqəbli general Dmitri Komarovun "İl" filminə müsahibədəsində bildirib.

Valeri Zalujnı qadınla söhbət zamanı onun oğlunun sağ olduğuna ümid edib. Ukraynalı qadın hətta generala oğlundan gələn son SMS-i də göndərib.

Sonradan məlum olub ki, ukraynalı pilot ölüb və Valeri Zalujnı bu barədə mərhumun anasına deməli olub.

"Mən onunla bu məsələni müzakirə etmək istəyəndə gücüm çatmadı”, deyə general bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR