İnsanlara hürriyət, millətlərə istiqlal!

Həmas siyasi büro rəhbəri atəşkəs istəyir, lakin Netanyahunun mövqeyi bəlli deyil

HƏMAS Siyasi Bürosunun rəhbəri Yəhya Sinvar atəşkəs istəyir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Kanalın verdiyi informasiyaya əsasən, Misir və Qətər vasitəçilərinin bu həftənin sonunda keçiriləcək böyük zirvə görüşündən əvvəl İsrail rəsmilərinə belə bir mesaj çatdırıblar. Lakin İsrail baş nazirinin mövqeyi hələ ki müəmmalı qalmaqda davam edir.

İsrailin bəzi mənbələri Neyanyahunun hökumət koalisyasındakı radikalyönümlü müttəfiqlərinin mövqeyindən asılı olmayaraq razılığa gəlməyə hazır olduğunu bildirir. Lakin İsrail təhlükəsizlik rəsmiləri Netanyahunun koalisiyasındakı ifrat sağçı nazirlərin şiddətli müqavimətini nəzərə alaraq, onun razılıq əldə etmək istəyinə şübhə ilə yanaşırlar.

“Bibinin (Netanyahunun İsraildə ləqəbi belədi-red.) nə istədiyini heç kim bilmir” deyə mənbə bildirib.

Eyni zamanda, Netanyahunun koalisiya tərəfdaşları İsrailin HƏMAS ilə razılaşmasını istəmədiklərini açıq şəkildə bəyan ediblər. İsrailin maliyyə naziri Bezalel Smotriç cümə günü təklif olunan atəşkəs rejimini "təslim olma razılaşması" adlandırıb.

Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi isə Smotriçin mövqeyini pisləyərək “onun arqumentləri tamamilə yanlış olduğunu” bildirib.

Bununla belə, Netanyahunun siyasi gələcəyi böyük ölçüdə onun koalisiya tərəfdaşlarından asılıdır, onlardan bəziləri baş naziri razılaşma olacağı təqdirdə hökuməti tərk edəcəkləri ilə hədələyiblər. Knesset (İsrail parlamenti) yay tətili səbəbindən hazırda iclas keçirmir və bu, Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben Qvirin hazırkı hökuməti devirməsini çətinləşdirəcək.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR