Onlayn ictimai-siyasi qəzet
Fələstinin HƏMAS, “İslami cihad” və “Fələstinin azadlıq cəbhəsi” hesab edirlər ki, İsrail tərəfi ilə Qəzza bölgəsi ilə bağlı razılaşma üçün heç vaxt olmadığı qədər yaxındırlar.
“Report”un məlumatına görə, bu barədə üç radikal hərəkatın bəyanatında deyilir.
Bəyanat HƏMAS-ın telegram-kanalında dərc edilib.
Qeyd olunub ki, Qahirədə keçirilən görüşdə hər üç təşkilat Qəzzada döyüşlərin dayandırılmasında maraqlı olduqlarını bildiriblər, çünki “əgər İsrail əlavə şərtlər irəli sürməsə razılaşma əldə etmək imkanı əvvəllər olmadığı qədər yaxındır”.
22 Dekabr 2024
21 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ