İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS-ın daha bir lideri öldürüldü

İsrailin Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinin kənarına endirdiyi zərbə nəticəsində HƏMAS hərəkatının siyasi bürosunun üzvü Salah əl-Bərdəvil öldürülüb.

Musavat.com xəbər verir ki, məlumatı “Al Hadath” telekanalı yayıb.

Bildirilir ki, əl-Bərdəvil Xan Yunisin qərbində yerləşən əl-Məvasi bölgəsində köçkünlər üçün düşərgədə olub. Kanalın xəbərinə görə, həyat yoldaşı da onunla birlikdə dünyasını dəyişib. HƏMAS hələlik bu məlumatı rəsmi şəkildə şərh etməyib.
Əl-Bərdəvil Fələstin Qanunvericilik Şurasının (birpalatalı parlament) üzvü və eyni zamanda Xan Yunisdə HƏMAS hərəkatının rəsmi nümayəndəsi idi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Mart 2025

BÜTÜN XƏBƏRLƏR