İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İran uranından xəbərsizdir – 400 kiloqram zənginləşdirilmiş material yoxa çıxıb

ABŞ administrasiyası və beynəlxalq müşahidəçilər İranın 60%-ə qədər zənginləşdirilmiş 400 kiloqram uran ehtiyatının haraya köçürüldüyü barədə məlumata malik deyil.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı "The New York Times" yayıb.

ABŞ-ın vitse-prezidenti Cey Di Vens və MAQATE-nin baş direktoru Rafael Qrossi də bu məsələdə hər hansı konkret bilgilərinin olmadığını bildiriblər.

Qeyd olunur ki, ABŞ-ın İranın nüvə infrastrukturuna endirdiyi son zərbələr ölkənin nüvə proqramını 2-5 il geriyə ata biləcək səviyyədə təsir göstərib. Lakin bu hücumlardan sonra zənginləşdirilmiş uranın harada saxlanıldığı və ya gizlədildiyi naməlum olaraq qalır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR