İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın 6 hava limanına HÜCUM: döyüş təyyarələri MƏHV EDİLDİ, İran Trampı TERRORLA HƏDƏLƏDİ

İran ABŞ prezidenti Donald Trampa açıq şəkildə terror hədəsi ünvanlayıb.

Musavat.com xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

İddialara əsasən, Tehran ABŞ-ın İrana mümkün hücumu halında, ölkə ərazisindəki “yatmış hüceyrələr” vasitəsilə terror aktları həyata keçirəcəyi ilə hədələyib.

Mənbələrin bildirdiyinə görə, bu təhlükəli mesaj ötən həftə Kanadada keçirilən "Böyük Yeddilik" (G7) sammitində, vasitəçi şəxs vasitəsilə Prezident Trampa çatdırılıb.
Qeyd olunur ki, mesaj hücumdan cəmi bir neçə gün əvvəl verilib və ABŞ təhlükəsizlik orqanlarında ciddi narahatlıq yaradıb. Hazırda ölkə daxilində təhlükəsizlik tədbirləri gücləndirilib, xüsusi xidmət orqanları gizli qrupların aktivləşməsi riskini araşdırır.
Bu hadisə ABŞ-İran münasibətlərində gərginliyin yeni və təhlükəli mərhələyə keçdiyinin göstəricisi sayılır.

İsrail Hərbi Hava Qüvvələri İranda altı hava limanına zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Məlumatda deyilir ki, hücum zamanı İran Silahlı Qüvvələrinə məxsus 15 döyüş təyyarəsi və helikopteri uzaqdan idarə olunan təyyarələrlə məhv edilib.

Bildirilib ki, irimiqyaslı zərbələr zamanı uçuş-enmə zolaqları, yeraltı obyektlər, yanacaqdoldurma təyyarəsi, İran Silahlı Qüvvələrinə məxsus F-14, F-5 və AH-1 döyüş təyyarələri vurulub.

Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağimiz “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğludur. Müzakirədə tamaşaçılaırmız da iştirak edə bilər.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR