Onlayn ictimai-siyasi qəzet
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Ələvi-Bəktaşi Mədəniyyət və Cəm Evi İdarəsi, Baş İncəsənət İdarəsi və Yunus Emre İnstitutunun birgə əməkdaşlığı çərçivəsində 24 iyun 2025-ci il tarixində saat 19.00-da Rəşid Behbudov adına Mahnı Teatrında Şah İsmayıl Xətai - "Özün Əyri İsə Yola Zərərsən" adlı konsert proqramı təşkil olunacaqdır.
Musavat.com bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinə istinadən bildirir.
Konsert proqramında qonaq qismində Türkiyənin Azərbaycandakı səfiri cənab Birol Akgün, Milli Məclisin nümayəndələri və digər qonaqlar iştirak edəcək.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ