İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan uranın zənginləşdirilməsi ilə bağlı AÇIQLAMA

İran uranın dinc məqsədlərlə zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edib. Rəsmi Tehran bildirir ki, bu proses beynəlxalq öhdəliklər çərçivəsində həyata keçirilir və digər ölkələrin bu sahədə İranı məhdudlaşdırmaq hüququ yoxdur.

Musavat.com xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi açıqlama verib.

“Biz Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə sadiq qalaraq fəaliyyət göstəririk. Uranı ölkənin inkişafı və enerji ehtiyacları üçün zənginləşdiririk. Müqaviləyə uyğun davrandığımız müddətcə heç kim bizə göstəriş verə bilməz”, – deyə, o bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR