Onlayn ictimai-siyasi qəzet
AzTV-də yayımlanan “Həftə” analitik-informasiya proqramında verilişin aparıcısı Rövşən Məmmədov Solovyovu Azərbaycana qarşı yönləndirən dairələr haqqında bu fikirləri bildirib:
“İfadələrə fikir verin: “Ermənilər, yada salın ki, siz kimsiniz... Böyük xalq, böyük xristian ənənəsi...” və daha neçə-neçə bəlağətli söz. Sonda da Solovyov bülbül kimi cəh-cəh vuraraq deyir ki, biz Ermənistanın daxili işlərinə qarışmırıq, ancaq tezliklə onu ‘Artsaxın taleyi’ gözləyir. Öncə ondan başlayaq ki, bu, Solovyovun ilk sərsəmləməsi deyil. Samvel Karapetyan kimi erməni oliqarxlarının pulunu yeyə-yeyə ermənilərə mədhiyyə qoşan Solovyov, xatırlayırsınızsa, hələ 44 günlük Vətən müharibəsinin ilk günlərində əsl niyyətini ortaya qoymuşdu.
Odur ki, Solovyovdan ədalət gözləmək sadəlövhlük olar. Adam tam mənada Ermənistanın lobbiçiliyini həyata keçirir. Özü bilər, canı cəhənnəmə... Lakin bir dırnaqarası aparıcının – ona aparıcı da demək olmaz – Rusiyanın dövlət kanalı “Rossiya-1”də etdiyi qələtlər, yəni heç bir əxlaqa və etik normalara sığmayan sözlər işlətməsi təəccüb doğurur.
Odur ki, Solovyovun diqqətinə iki məqamı çatdıraq:
1. “Artsax” yox, Qarabağ.
2. Ermənistan yox, Azərbaycan ötən əsrin 90-cı illərində Qarabağı Ermənistana “hədiyyə” etmişdi – başda oturan səriştəsiz rəhbərlərin xəyanəti nəticəsində... Azərbaycansa onu 5 il öncə döyüşərək, şəhid verərək geri qaytardı. Sən ki bunu yaxşı bilirsən...
Yeri gəlmişkən, Ermənistan da Solovyovun sərsəmləməsinə, xüsusən də ölkənin hakim dairələrini, birbaşa Paşinyanı təhqir etdiyinə görə rəsmi qaydada münasibət bildirdi, hətta Rusiyaya nota da göndərdi.
O ki qaldı Solovyovun ipini əlində saxlayan Samvel Karapetyana – Erməni Apostol Kilsəsinə dəstək verən, baş nazirə qarşı etiraz hərəkatını maliyyələşdirən bu şəxs hazırda dəmir barmaqlıqlar arasındadır.
23 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ