Onlayn ictimai-siyasi qəzet
Perunun şimalındakı Amasonas regionunda polis helikopteri qəza enişi edib. Hadisə nəticəsində 11 nəfər yaralanıb.
Musavat.com xəbər verir ki, ölkənin Müdafiə Nazirliyi hadisə ilə bağlı rəsmi açıqlama yayıb.
Məlumata görə, qəzadan dərhal sonra Müdafiə naziri hadisə yerinə gedib və zərərçəkənlərin təxliyəsi üçün təcili tədbirlər görülüb. Yaralılardan səkkizi polis təyyarəsi ilə xəstəxanaya çatdırılıb. Qalan üç yaralı isə Peru ordusuna məxsus hərbi təyyarə ilə tibbi yardım almaq üçün bölgədən təxliyə edilib.
Nazirlik hadisənin başvermə səbəblərinin araşdırıldığını, helikopterin texniki vəziyyəti və uçuş şərtlərinin də diqqətlə yoxlanıldığını bildirib. Qəzadan sağ çıxanların vəziyyətinin sabit olduğu və müalicələrinin davam etdiyi qeyd olunub.
Musavat.com
17 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ