İnsanlara hürriyət, millətlərə istiqlal!

Həkimin evindən qızıl oğurlayan xadiməyə hökm oxundu

Həkimin evindən oğurluq edən qadın hakim qarşısına çıxarılıb. O, uşağı xəstə olduğu üçün bu yola əl atdığını deyib.

Musavat.com-un xəbərinə görə, hadisə Ağcabədidə baş verib.

37 yaşlı Qumru (ad şərtidir) xadimə kimi çalışdığı evdən oğurluq edib. Qumru 3600 manat dəyəri olan qızılları ələ keçirib. Sonra həmin qızılları hissə-hissə sataraq əldə etdiyi pulları xərcləyib.

Qumru ailəli olduğunu, lakin ərindən ayrı yaşadığını deyib. Bildirib ki, himayəsində 10 və 8 yaşlarında iki övladı var. Övladının birinin xəstə olduğunu, müalicəsi üçün pul lazım olduğunu deyən Qumru bidirib ki, restoranlarda və evlərdə xadimə kimi çalışaraq dolanışığını təmin edib.

Onun oğurluq etdiyi ev Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Poliklinika Şöbəsində həkim işləyən Sevinc Hüseynovaya məxsus olub. Qumru ilk dəfə oğurluq etdiyini bildirib. Söyləyib ki, qızılları sataraq uşağının müalicəsinə xərcləyib.

Qumru əməlindən peşman olduğunu, bağışlanmasını istəyib. O, zərəri ödəmədiyini bildirib.

Zərərçəkmiş həkim məhkəmədə deyib ki, təqsirləndirilən şəxsdən tələbi yoxdur, mülki iddia vermir. O, təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan cəza verilməsini istəyib.

Məhkəmə Qumrunun himayəsində iki uşağının olmasını, ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxsin tələbinin olmamasını nəzərə alaraq ona 1 il 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR