İnsanlara hürriyət, millətlərə istiqlal!

Heç vaxt adam olmayan Adam Şiff yenə Azərbaycana qarşı

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirinin Bakıya qarşı sanksiyalar ideyasını rədd etməsi erməni lobbisini hərəkətə keçirdi

ABŞ konqresmeni Adam Şiff ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirinin son bəyanatlarını pisləyən məktub yazıb. Yada salaq ki, Luis Bono martın 8-də regiona səfəri zamanı Azərbaycana qarşı sanksiyalar ideyasını rədd edib. O, “indi sanksiyaların vaxtı deyil. Mən hər iki tərəflə işləmək, onları sülhə aparmağa gəlmişəm. Sanksiyalar əks məhsuldar olacaq. Hazırda bu, heç nəzərdən keçirilmir” deyib.

Erməniləri narahat edən budur ki, ABŞ-ın dəstəyi ilə Azərbaycan enerji təchizatında mühüm tərəfdaş kimi Avropada öz mövqelərini daha da möhkəmləndirir. Digər müstəvilərdə də uğurlu əməkdaşlıq Ermənistanın Azərbaycana qarşı sanksiya və digər təzyiq rıçaqlarından istifadəsini əngəlləyir. İrəvan Bakıya qarşı sanksiya tətbiq çağırışı puça çıxır.

WhatsApp Image 2023-03-21 at 15.59.24.jpeg (98 KB)

Amerikanın erməni komitəsi-“Hay Dat” bildirir ki, Adam Şiff ABŞ Konqresinin Nümayəndələr Palatasına göndərdiyi məktub üçün imza toplayır. Məktub müəllifləri və “Hay Dat” Komitəsi ABŞ rəsmisinin Azərbaycana qarşı sanksiyaları istisna etməsindən ciddi narahat olublar. Komitənin icraçı direktoru Aram Hamparyanın sözlərinə görə, amerikalı diplomatın belə bəyanatı prezident Co Baydenin administrasiyasının Azərbaycana qarşı konkret addımlar atmayacağını təsdiqləyir.

Şiffin təşəbbüsü ilə Luis Bonoya yazılan anti-Azərbaycan məzmunlu məktubda deyilir: “Biz sizin Azərbaycana qarşı iqtisadi və diplomatik sanksiyaların tətbiqini istisna edən şərhlərinizdən dərin narahatıq. Siz “sanksiya vaxtı deyil... bu, hazırda nəzərdən keçirilmir” dediyiniz bildirilir. Dağlıq Qarabağ blokadasına görə 120 min günahsız insan üçüncü aydır ki, öz fundamental hüquqlarından məhrum edildiyi halda, heç bir təzyiq alətini istisna etməyin vaxtı deyil. ”

Məktubda həmçinin bildirilir ki, Amerika Birləşmiş Ştatları, ABŞ Prezidenti, ABŞ Dövlət Departamenti və bütün administrasiyası “artsax xalqının təhlükəsizliyini təmin etmək üçün əllərində olan bütün vasitələrdən istifadə etməlidirlər, o cümlədən Azərbaycana maliyyə yardımının dayandırılması və sanksiyaların tətbiqini də”.

7f188782-1ed0-39c3-a46f-ad470a75238f_850.jpg (189 KB)

Konqresmen Adam Şiff Kaliforniya ştatında ABŞ-dakı erməni icmasının nümayəndələrinin yaşadığı bölgəni təmsil edir. O, ABŞ Konqresində erməni qrupunun sədr müavinidir, həmişə ermənipərəst və anti-Azərbaycan mövqeyi ilə seçilib. 44 günlük müharibədən sonra o, dəfələrlə “bütün erməni əsirlərin və saxlanılan digər şəxslərin” geri qaytarılmalı olduğunu bildirib.

Qeyd edək ki, 2023-cü maliyyə ili üzrə ölkənin müdafiə büdcəsi layihəsinə ermənipərəst demokrat konqresmenlərdən Robert Menendes və Aleks Padila tərəfindən iki, Ceki Şpeyer, Frenk Pellon, Adam Şiff və Toni Kardenas tərəfindən isə 5 düzəliş təklif olunmuşdu. Onlardan 682 və 724 saylı düzəlişlər ABŞ-ın Azərbaycana yardımlarına qadağa qoyulmasını özündə ehtiva edirdi.

Orxan ƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR