İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbsdə ölən başçının qardaşı 600 minlik əmlakı geri ala bilmədi - QƏRAR

 

Ali Məhkəmədə Ağstafanın sabiq icra başçısı, həbsdə vəfat edən Nizaməddin Quliyevin müsadirə edilmiş əmlaklarının geri qaytarılması barədə qardaşının verdiyi şikayətə baxılıb.

 Musavat.com xəbər verir ki, Nizaməddin Quliyevin hüquqi varisi olan qardaşı 600 min manatlıq əmlakın müsadirədən azad edilməsini istəyirdi. Məhkəmə onun şikayətini əsaslı hesab etməyib. Qərara əsasən üzərinə həbs qoyulmuş əmlakların dövlət nəfinə müsadirəsinə dair qərar qüvvədə saxlanılıb.

Mərhum Nizaməddin Quliyevin dövlət nəfinə alınmış əmlaklarının siyahısını təqdim edirik:

Goranboy rayonu, Heydər Əliyev prospekti 106 ünvanında yerləşən orta bazar dəyəri 330 395 manat olan qeyri-yaşayış binası;

Goranboy şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında yerləşən orta bazar dəyəri 143 min manat olan qeyri-yaşayış binası;

Goranboy şəhəri, V. Bayramov küçəsində yerləşən orta bazar dəyəri 121 min manat olan daha bir qeyri-yaşayış binası.

Goranboy rayonu, Aşağı Ağcakənd kəndində bazar dəyəri 20 800 manat olan torpaq sahəsi;

Qeyd edək ki, Nizaməddin Quliyev 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Külli miqdarda mənimsəmə, rüşvət alma kimi cinayətlərdə təqsirli bilinən sabiq icra başçısı Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü il 8 il 6 ay azadlıqdan məhrum edilib. Hökmə əsasən üzərinə həbs qoyulmuş əmlaklar müsadirə edilib. Quliyevin vəfatından sonra Gəncə Apellyasiya Məhkəməsi əmlaklarını müsadirədən azad edib. Sonradan prokurorun protesti əsasında Ali Məhkəmədə qərarın “əmlakların müsadirədən azad edilməsi” hissəsi ləğv edilib. Gəncə Apellyasiya Məhkəməsi təkrar baxışda əmlakların yenidən müsadirəsinə qərar verib.

Yada salaq ki, Nizaməddin Quliyev 2021-ci ildə həbsdə ikən koronavirus infeksiyasına yoluxub və dünyasını dəyişib.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR