İnsanlara hürriyət, millətlərə istiqlal!

Harrislə bağlı ŞOK İDDİA - Seçki Komissiyasına şikayət edildi

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın komandası ABŞ-ın vitse-prezidenti Kamala Harrisə qarşı Federal Seçki Komissiyasına şikayət edib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, şikayət Trampın seçki kampaniyasının baş müşaviri Devid Uorrinqton tərəfindən verilib.

Onların fikrincə, Harris Bayden kampaniyasından qalan vəsaitdən qeyri-qanuni olaraq 91,5 milyon dollar almağa çalışır ki, bu da pulun “həyasızcasına mənimsənilməsidir”.

Bildirilib ki, bu, 1971-ci il Federal Seçki Kampaniyası Aktının ən böyük pozuntusu ola bilər.

Öz növbəsində Harrisin nümayəndələri iddiaları əsassız adlandırıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2025

06 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR