İnsanlara hürriyət, millətlərə istiqlal!

Harrisin seçkiyə qoşulması Trampa 1 milyon dollara BAŞA GƏLDİ

ABŞ-ın vitse-prezidenti Kamala Harris iyulun 21-də yenidən seçki kampaniyasına başladıqdan sonra keçmiş prezident Donald Trampın “Truth Social” sosial şəbəkəsindəki səhmləri 900 milyon dollar ucuzlaşıb.

Musavat.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Kanalın xəbərinə görə, “Truth Social”ın sahibi olan “Trump Media & Technology Group”un səhmlərinin qiyməti prezident Co Baydenin ikinci müddətə namizəd olmayacağını elan etdikdən və Harrisin seçilməsini dəstəklədikdən sonra təxminən 23% ucuzlaşıb.

Payızdan öncə Trampın şirkətdəki əsas payının dəyəri 4 milyard dollardan bir qədər çox idisə, indi 3,1 milyard dollara düşüb. Keçmiş ABŞ prezidentinin 2024-cü il noyabr seçkilərində qalib gəlmək şansının azaldığını göstərən rəy sorğuları fonunda səhmlər dəyər itirməkdə davam edib.

“Truth Social”ın yeganə problemi bu deyil: iyun ayında platformaya unikal ziyarətçilərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 38% azalıb.

“Bloomberg” agentliyi isə səhmlərin düşməsindən əvvəl Trampın sərvətinin 5,9 milyard dollar olduğunu bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR