Onlayn ictimai-siyasi qəzet
Uşaqların hər dövrdə ən sevimli məşğuliyyəti saatlarla televiziya və internetdə cizgi filmləri izləməkdir. Onlar qəhrəmanlarının hərəkətlərinə ürəkdən gülür, bəzən də həmin personajların davranışlarını təkrarlamağa başlayırlar.
BAKU.WS xəbər verir ki, bu qəhrəmanlara yaranan sevgi zamanla onların xarakterinə də təsir göstərir.
Mütəxəssislərin fikrincə, bir yaşa qədər körpələrə, ümumiyyətlə animasiya və cizgi filmi izlətmək məsləhət deyil. Müəyyən yaş dövründən sonra isə uşaqlara nəzarət edilməli və baxdıqları janr müəyyənləşdirilməlidir.
Psixoloq Gülər Məmmədova aztv-yə bildirib ki, uşaqlar müəyyən obrazı təqlid etmək və qəhrəman kimi davranmaq istəyirlər. Bundan xəbərsiz olan valideynlər cizgi filminin formatı ilə maraqlanmırlar.
09 Oktyabr 2024
08 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ