İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakimin özünə ölüm hökmü çıxarmasının ŞOK SİRRİ - Onu intihara sürükləyən...

Yazının ilk yayımlanma vaxtı: 15:48

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanov intihar etməsinin səbəbləri barədə bir-birini təkzib edən xəbərlər yayılır. Hətta onun öldürülə biləcəyi ehtimalı da irəli sürülür. Bakipost.az hakimin intiharına ailə münaqişəsinin səbəb olduğu haqda xəbər yayıb. Sayt yazır ki, həyat yoldaşı ilə boşanma ərəfəsində olan Rahib Salmanovun bu səbəbdən özünü öldürdüyü deyilir. Ailənin dağılmasını istəməyən hakim özünə qəsd edəcəyi ilə bağlı xəbərdarlıq edib. Hətta onun bundan əvvəl də intihara cəhd etdiyi bildirilir. Rahib Salmanovun xəstəxanaya getməsinin səbəbinə gəlincə, məlum olub ki, o ürək-qan damar sistemi xəstəliyindən əziyyət çəkirmiş.

Hakimin yaxın çevrəsindən musavat.com-a bildiriblər ki, Rahib Salmanov ailə münaqişəsi səviyyəsində intihar edəcək adam olmayıb: “Ailəsi ilə bağlı qərar uzun illər əvvəl verilmişdi, hazırda heç bir problem yox idi”.

“Rahib Salmanov ötən gün işdə olub, xəstaxanaya da elə işdən gedib”. Bu sözləri Globalinfo.az-a intihar etdiyi deyilən hakim Rahib Salmanovun tələbə yoldaşı, 35 illik dostu, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) rəhbəri Arzuxan Əlizadə deyib. O, dostu ilə hadisədən 20 dəqiqə əvvəl danışdığını bildirib:

2021_07_27_375881_27.7.2021.8.jpg (41 KB)

“Dedi ki, 4-5 gün xəstəxana şəraitində müalicə almalıdır, amma qorxulu heç nə yoxdur. Bu, intihar edən adamın danışığı deyildi. Hansısa ağır xəstəliyi də yox idi. Ürəyində bir balaca narahatlıq var idi, lakin müalicə ilə sağalacaqdı. Ola bilərdi ki, nə vaxtsa stend qoyulsun. Düşməni də yox idi. Ehtimal edirəm ki, halı pisləşib, eyvandan yıxılıb. İstənilən halda, istintaq araşdırması gedir, görək nəticəsi necə olacaq”.

Arzuxan Əlizadə hakimin bu gün dəfn olunacağını deyib: “Çox güman ki, “Təzə pir” məscidindən götürüləcək. Valideynləri və qardaşı Sulutəpə qəbiristanlığında dəfn olunublar deyə, Rahibi də orada dəfn edəcəklər”. Qeyd edək ki, ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Vaqif oğlu Salmanovun müalicə aldığı xəstəxananın yuxarı mərtəbəsindən özünü ataraq həyatına son qoyduğu bildirilib. Rahib Salmanov 1963-cü ildə anadan olub. O, 2013-cü ildən Bakı Ağır Cinayətlər Məhkəməsində çalışırdı.

Hakim Rahib Salmanovun bu şəkildə həyatla vidalaşması intihar mövzusunu daha qabarıq şəkildə gündəmə qaytarıb. Hər gün hökm verib vətəndaşların taleyini həll edən hakimin psixoloji durumunun bunca zəif olması çox ciddi suallar doğurur. Bir hakimin psixolojisinin bu cür zəifləməsi peşəsi ilə əlaqəli olmayıb ki? Bu gün Azərbaycan insanının ruhi-psixoloji anlamda durumu hansı vəziyyətdədir?

Psixoloq Vəfa Rəşidova “Yeni Müsavat”a deyib ki, son 5 ildə insanların psixologiyasında stressə davamiyyətsizlik kəskin şəkildə aşağı enib:

627ba58a2ef18.jpg (39 KB)

“Bu gün Azərbaycan insanında stressə davamiyyət adlı bir şey qalmayıb. Bu yaşla əlaqəli durum deyil. Bütün yaş kateqoriyalarına aid insanlarda eyni vəziyyət müşahidə olunur. Artıq insanları təhəmmülü (dözümü) qalmayıb. Burada bir çox faktorlar rol oynayır. İlk növbədə yaşam keyfiyyəti çox aşağıdır və bu durum sabahkı ruhsallığımızı, eyni zamanda bu günümüzün, sabahımızın göstəricisidir. Bizim vücudumuz, şüurumuz, şüuraltımız, ümumiyyətlə, sağlamlığımız eyni şeyi əks etdirir. Bu gün insanların həyatı giley-güzar içində keçir. Əslində isə bu giley-güzarın altında əsas səbəb dayanır. İnsanlar olduqları statusdan razı deyillər. Olduqları statusla qane olmurlar. İnsanlarda qane olmamaq psixologiyası yaranıb”.

Psixoloq baş verənlərin səbəbini belə izah edir:

“Azərbaycan ailəsində olan basqılar və bu basqılar nəticəsində yaranan depressiya var. Əgər intihar baş veribsə, əmin olun ki, bu durduğu yerdə baş verməyib. Affekt vəziyyətində intiharlar baş versə də, bu çox az olur. İntihar baş veribsə, bunun öncəki etapında uzun zaman davam edən depressiya dayanıb. Depressiya öz-özlüyünə çəkilib gedən deyil. Bu durum insanı daxildən asta-asta çökdürür. Hakimin məsələsinə gəlincə, o, savadlı, oturuşmuş, həyatda öz sözünü demiş, işi-gücü olan bir insan olub. Amma nə baş verib? Belə bir insan intihar edib. Təhəmmülsüzlük, stressə davamiyyətsizlik və o xəstəliyin altında dayanan depression vəziyyət ən pik həddə qədər yüksəlib. Əmin olun, onu intihara depressiya sürüklədi! İndi hadisələri geri versək, o insanı danışdırsaq, görəcəyik ki, depressiya bu adamda gizli-açıq şəkildə davam edirmiş, özü də fərqində olmayıb. İntihar insandan risk tələb edir. Amma bir pik nöqtə var ki, insanın gözünə heç nə görsənmir. İntihar etmək qışqırmaq, hayqırmaq deməkdir, intihar məni də görün, məni də dinləyin, məni də anlayın deməkdir”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR