İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiya Trampa 550 milyard dollar verir – SƏBƏB

Yaponiya tarif dərəcələrini azaltmaq üçün (əvvəl 25% olan tarifini aşağı salmaq məqsədilə) prezident Donald Trampa 550 milyard dollar ödəyəcək.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın ticarət naziri Hovard Lutnik CNBC-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu məbləği Tramp özü Amerikanın müxtəlif sahələrinə investisiya etmək üçün istifadə edə bilər.

"Əgər düşünək, bu, onun prezidentliyi dövründə illik ÜDM-in yarım faiz artımına bərabərdir. Yaponiya tərəfindən Trampa verilən bu vəsait Amerikanın milli və iqtisadi təhlükəsizliyi naminə inşaat sahələrinə sərf olunacaq. Donald Tramp üçün işləmək böyük zövqdür. Bu saziş sadəcə inanılmazdır", - deyə nazir bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR