Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Miri Yusif İzmirdəki villasını satıb.
İyunun əvvəlində Bakıya köçən sənətçi "Xəzər axşamı"na müsahibəsində övladlarının təhsili ilə bağlı orada yaşadıqlarını bildirib:
"Bakını tərk etməmişdim. Mən bu xalqın artistiyəm deyə, Azərbaycanı heç vaxt tərk etməyəcəyəm. Sadəcə uşaqlarımız orada təhsil alırdı. Artıq Bakıdadırlar. Onların təhsili bitmək üzrədir. Düşündük ki, övladlarımız azərbaycanlı olduğu üçün ölkəmizə daha çox lazımdır.
Artlq hər bir şey bahalaşıb. Bizim zamanımız da qısalıb, cavanlıq qocalıb. Kənarda heç bir biznesim yoxdur. Mənim ən gözəl dinləyicilərim, izləyicilərim Azərbaycandadır. Sizi qoyub hara gedəcəyəm? Bu heç vaxt mümkün deyil".//Axşam.az
06 Sentyabr 2025
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ