Onlayn ictimai-siyasi qəzet
ABŞ Ukrayna və Rusiya arasında sülh sazişi əldə olunacağı halda bufer zonanın monitorinqində aparıcı rol oynaya bilər.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.
Məlumata görə, bufer zona Ukraynanı Rusiyanın gələcək hücumlarından qoruyacaq geniş demilitarizasiya olunmuş ərazi olacaq. Onun təhlükəsizliyini isə NATO-ya daxil olmayan bir və ya bir neçə ölkənin – məsələn, Səudiyyə Ərəbistanı və ya Banqladeşin qoşunları təmin edə bilər.
NBC News-un ayrıca xəbərinə görə, prezident Donald Tramp münaqişənin yaxın vaxtlarda başa çatacağı və ya Rusiya və Ukrayna prezidentlərinin şəxsi görüşü perspektivinə getdikcə daha pessimist yanaşır.
Ötən ay Alyaskada keçirilən sammitdə Tramp Rusiya prezidenti Vladimir Putini təmtəraqla qəbul etmişdi. Lakin hələlik Moskvanın müharibənin dayandırılması şərtlərini yumşaltmağa və ya belə bir görüşə razı olmağa hazır olduğuna dair açıq əlamətlər yoxdur.
Reuters bu məlumatı dərhal təsdiqləyə bilməyib. Ağ Ev isə agentliyin iş vaxtından kənar müraciətinə cavab verməyib.
Musavat.com
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ