Onlayn ictimai-siyasi qəzet
"Ankaragücü" klubunun keçmiş prezidenti Faruk Koca həbs edilib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, matçda hakim Halil Umut Melərə hücum edən Koca 3 il 7 ay 22 gün həbs cəzası alıb.
Kocaya verilən cəzaların elanının təxirə salınmasına qərar verilib.
Qeyd edək ki, 2023/24 mövsümündə Türkiyə Superliqasının XV turunun "Ankaragücü" - "Rizəspor" oyunundan (1:1) sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub.
Bu hadisələrdən sonra Koca paytaxt komandasındakı vəzifəsindən istefa verib.
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ