İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakan Fidan Sallivanla Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib

Azərbaycan-Ermənistan sülh prosesində əldə ediləcək irəliləyiş Qafqazın çiçəklənməsi üçün həlledici olacaq.

"Report" xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidanın Vaşinqtonda ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşündə bildirilib.

Görüşdə Azərbaycan-Ermənistan sülh prosesi barədə müzakirələr aparılıb.

Tərəflər, həmçinin Rusiya-Ukrayna müharibəsi və Qəzzada atəşkəslə bağlı fikir mübadiləsi aparıblar. Qəzzada ən qısa zamanda atəşkəsin elan edilməsi və bölgəyə çatan humanitar yardımların artırılmasının vacibliyi qeyd edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR