Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Suriya ilə bağlı aktual mövzularda mühüm açıqlamalar verib.
Musavat.com xəbər verir ki, Hakan Fidan Dəməşqə səfər edərək Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd əş-Şara ilə görüş keçirib. Görüşdən sonra mətbuata açıqlama verən H.Fidan vurğulayıb ki, "Artıq gözləmə və müşahidə dövrü sona çatıb. Bir an öncə hərəkətə keçməliyik".
Nazir, Türkiyənin Suriya ilə bağlı mövqeyinin dəyişmədiyini qeyd edərək deyib: "Suriya ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz. PKK/YPG-nin Suriyada heç bir yerə sahib ola bilməyəcəyini bir daha vurğulamaq istəyirəm".
Musavat.com
23 Dekabr 2024
22 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ