İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakan Fidan Blinkenlə danışdı

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün ABŞ dövlət katibi Entoni Blinken ilə telefon danışığı aparıb.

Bu barədə Türkiyə XİN məlumat yayıb.

Qeyd olunub ki, danışıq ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.

Danışıq zamanı Fələstin və İsrail kontekstində son hadisələr və Qəzzada humanitar vəziyyət müzakirə edilib. Tərəflər regiona səfərləri ilə bağlı fikirlərini bölüşüblər.

Bundan əlavə, tərəflər NATO-nun genişlənməsini də müzakirə ediblər.//APA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR