İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın bir neçə bölgəsində güclü qasırğa: 2 uşaq xəsarət alıb

Rusiyada bir neçə bölgədə baş verən güclü qasırğa azı iki uşağın xəsarət almasına səbəb olub.

Musavat.com xəbər verir ki, bu barədə “SHOT” məlumat yayıb. Bildirilir ki, Moskva vilayətində yerləşən Klin rayonunun “SNT Center” bağ sahələri ərazisində ağac avtomobilin üzərinə aşıb. Hadisə zamanı “Chevrolet Tahoe” markalı avtomobildə 12 yaşlı məktəbli qız valideynləri ilə birlikdə olub. Ağacın avtomobilə düşməsi nəticəsində maşın ciddi deformasiyaya uğrayıb. Qız müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

İkinci hadisə Yaroslavl şəhərində qeydə alınıb. 9 yaşlı oğlan 5 yaşlı qardaşı ilə birlikdə həyətə oynamağa çıxıb. Qasırğa başlayanda uşaqlar binanın girişinə qaçmaq istəyiblər. Lakin bu zaman küləyin aşırdığı ağacın zərbəsi ilə işıq dirəyi yıxılıb və oğlanın üzərinə düşüb. Onun azyaşlı qardaşı isə qorxudan qaçaraq itib. Hazırda onu axtarırlar. Yaralanan uşaq xəstəxanaya yerləşdirilib, onun çoxsaylı sınıqları var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR