Onlayn ictimai-siyasi qəzet
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen açıqlayıb ki, Bolqarıstan 2026-cı ilin yanvarın 1-dən avrozona üzrə 21-ci üzv dövlət olacaq.
Musavat.com xəbər verir ki, o, sosial şəbəkədə yazıb: "Bu, sadəcə yeni valyuta deyil, əsl nailiyyətdir. Avro Bolqarıstanın iqtisadiyyatını möhkəmləndirəcək və ölkə xalqı ilə biznesə böyük fayda gətirəcək".
Bundan əvvəl Avropa Parlamentinin 531 deputatı Bolqarıstanın avrozonaya üzvlüyünü dəstəkləyib, 69 nəfər əleyhinə səs verib, 79 nəfər isə bitərəf qalıb.
Musavat.com
08 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ