İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyadan İsrailə sərt xəbərdarlıq – “Atəşkəs olmazsa, tədbir görəcəyik”

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Qəzzada hərbi əməliyyatların davam etməsinə sərt reaksiya verib.

Musavat.com xəbər verir ki, nazir yaxın həftələrdə atəşkəsin əldə olunmasının zəruriliyini vurğulayıb və əks halda Britaniyanın İsrailə qarşı ciddi addımlar atacağını bildirib.

“Qəzzada dözülməz vəziyyət hökm sürür. Əgər yaxın vaxtlarda atəşkəs əldə olunmazsa, Böyük Britaniya İsrailə qarşı ciddi tədbirlər görəcək”, – deyə Devid Lemmi bəyan edib.

Nazirin bu açıqlaması son zamanlar İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlara beynəlxalq ictimaiyyətin narahatlığının artdığı bir dövrə təsadüf edir. Britaniya rəsmisinin bu xəbərdarlığı İsrailə qarşı təzyiqlərin güclənəcəyinə işarə kimi qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyul 2025

08 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR