Onlayn ictimai-siyasi qəzet
Türkiyənin məşhur pop ulduzu Hadisə rejissor Şenol Sönməz ilə altı ay davam edən münasibətinə son qoyub.
İlk dəfə "Esas Oğlan" serialının çəkilişləri zamanı tanış olan cütlük, münasibətlərini gizli saxlayırdı. Lakin son günlərdə Sönməz Hadisə ilə olan bütün fotolarını sosial media hesabından silib və onu izləmədən çıxarıb. Bu hərəkət, ayrılıq şayiələrini gücləndirib.
Avropa səfəri çərçivəsində Londonda konsert verən Hadisə səhnədə dinləyicilərinə səmimi bir açıqlama edib:
"Bu gün bir qərar verdim, özümü və xoşbəxtliyimi seçdim. Bu, asan deyil, amma bunu etməliyik. Bu qərar mənə rahatlıq gətirdi və bunu sizinlə bölüşmək istədim. Bəlkə sizə də ilham olar."
Bu açıqlamadan sonra Hadisə "Sıfır Tolerans" mahnısını ifa edərək emosional anlar yaşadıb.
Hadisənin səhnədəki açıqlamasından sonra Şenol Sönməz, onu yenidən sosial media hesabında izləməyə başlayıb və "Esas Oğlan" serialının afişasını paylaşaraq münasibətləri ilə bağlı qarışıq siqnallar göndərib. /lent.az
12 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ