Onlayn ictimai-siyasi qəzet
Hacıqabulda baş verən qəzada ölən və yaralananlar var.
Hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
VAZ 2107 markalı avtomobil dönmə əməliyyatı zamanı sürətlə hərəkətdə olan "Mercedes" markalı avtomobilin qarşısına çıxıb. Nəticədə VAZ 2107 markalı avtomobil yoldan çıxaraq restoranın qarşısında dayanan digər avtomobillərə çırpılıb. Qəza zamanı azyaşlı ölüb, digər 4 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır./APA
18 Aprel 2025
17 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ